Xəzər Xəbər

Azərbaycan hakimləri Avropa çempionatının seçmə mərhələsinə təyinat alıblar

İdman | 10:00 • 2 Sentyabr 2019
Azərbaycan hakimləri Avropa çempionatının seçmə mərhələsinə təyinat alıblar

Azərbaycan futbol hakimləri növbəti beynəlxalq təyinat alıblar.


Xezerxeber.az-ın məlumatına görə, ədalət təmsilçiləri 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunlarını idarə edəcəklər.


Bunlar FİFA referisi Rəhim Həsənov və FİFA referi köməkçisi Cəmil Quliyevdir. Onlar sentyabrın 27-dən oktyabrın 3-dək İsveçdə keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər. Bu qrupda İsveç, Danimarka, Litva və Farer adaları yığmaları mübarizə aparacaq.

Xəbər lenti