Xəzər Xəbər

İngiltərə Premyer Liqası: London derbisində “sülh”

İdman | 09:15 • 2 Sentyabr 2019
İngiltərə Premyer Liqası: London derbisində “sülh”

Sentyabrın 1-də futbol üzrə İngiltərə Premyer Liqasının dördüncü turunun mərkəzi oyunu keçirilib.


Xezerxeber.az xəbər verir ki, "Emirates” stadionunda baş tutan görüşdə London təmsilçiləri "Arsenal” və "Tottenhem” üz-üzə gəlib.


Görüş 2:2 hesabı ilə başa çatıb.


"Arsenal”ın heyətində Lakazet (45) və Obameyanq (71), "Tottenhem”dən isə Eriksen (10) və Keyn (40) fərqləniblər.


Günün ilk oyununda "Everton” "Vulverhempton”u məğlub edib - 3:2.


Çempionluğa iddialı "Mançester Siti” və "Liverpul” klubları da növbəti qələbələrini qazanıb.


"Liverpul” səfərdə "Börnli”nin qapısından üç, Mançester təmsilçisi isə öz meydanında "Brayton” komandasının qapısından dörd cavabsız top keçirərək aktivlərinə növbəti xalları yazdırıblar.


Günün gözlənilməz hesabı "St. Mary” stadionunda qeydə alınıb. "Mançester Yunayted” səfərdə "Sauthempton”un müqavimətini qıra bilməyib - 1:1.


UEFA Avropa Liqasının son qalibi "Çelsi" də üçüncü turda 1 xalla kifayətlənib. London təmsilçisi doğma azarkeşlər önündə "Şeffild Yunayted" komandası ilə heç-heçə edib - 2:2.


Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:


"Kristal Pelas" - "Aston Villa" - 1:0


"Lester” - "Bormunt” - 3:1


"Nyukasl” - "Uotford” - 1:1


"Vest-Hem” - "Norviç” - 2:0.

Xəbər lenti