Avqustun 25-də İngiltərə Premyer Liqasının üçüncü turunun növbəti oyunu keçirilib.
Xezerxeber.az xəbər verir ki, "Mançester Siti” səfərdə "Bournemouth” komandasının qonağı olub.
Görüş "Mançester Siti”nin 1:3 hesablı qələbəsi ilə başa çatıb.
Pep Qvardiolanın yetirmələrinin heyətində Serxio Aquera (2) və Rəhim Sterlinq fərqləniblər. Meydan sahibinin yeganə qolunu Hari Vilson vurub.
Bu qələbədən sonra xalların sayını 7-ə çatdıran Mançester təmsilçisi ikinci pillədə qərarlaşıb. "Bournemouth” isə 4 xalla 10-ci yerdədir.