Xəzər Xəbər

“Qalatasaray”ın futbolçusu İspaniya klubunda

İdman | 15:35 • 23 Avqust 2019
“Qalatasaray”ın futbolçusu İspaniya klubunda

"Qalatasaray” bu yay transfer etdiyi Valentine Ozornvaforu icarəyə verib.


XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı müdafiəçini İspaniya Sequndasında çıxış edən "Almeriya”ya göndərib. 20 yaşlı müdafiəçi 2019/20 mövsümünü İspaniyada keçirəcək.


"Almeriya” "Qalatasaray"a 200 min avro icarə haqqı ödəyəcək. İspaniya klubu 2020-ci ilin 31 mayına qədər 1 milyon 850 min avro ödəyərək Ozornvaforunun transfer hüququnu ala bilər. Gələcəkdə nigeriyalı futbolçu başqa kluba satılarsa, "Qalatasaray" 20 faiz pay alacaq.


Fanat.Az

Xəbər lenti