Xəzər Xəbər

"Beşiktaş" yeni transferini rəsmən açıqladı

İdman | 16:49 • 22 Avqust 2019
"Beşiktaş" yeni transferini rəsmən açıqladı

"Beşiktaş" "Tottenhem"in vingeri Kevin-Jorj Nkudunu transfer edib.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. "Qara qartallar" bu keçid üçün 4milyon avrosundan keçib. Növbəti satışdan"Tottenhem"ə 50 faiz pay veriləcək.

"Tottenhem" Nkudunu 2016-cı ildə "Marsel"dən 11 milyon avroya transfer edib. Londonlular Fransanın U-21 millisinin sabiq üzvünü "Börnli" və "Monako" klublarına icarəyə vermişdi.


Xəbər lenti