Xəzər Xəbər

Çempionlar Liqası: Pley-off mərhələsinin ilk oyunlarına yekun vuruldu

İdman | 12:17 • 22 Avqust 2019
Çempionlar Liqası:

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha üçmatçı keçirilib.

XəzərXəbər xəbər verir ki, ikinci oyun günündə III təsnifat mərhələsindəPortuqaliya "Portu"sunu mübarizədən kənarlaşdıran Rusiyanın Krasnodar klubu Yunanıstanda "Olimpiakos”a böyük hesabla uduzub - 0:4.

Serbiya çempionu "Srvena Zvezda” İsveçrədə "Yanq Boyz”la 2:2 hesablı heç-heçə edib.

Xorvatiya "Dinamo"su isə Norveçin "Rusenborq” komandasını qəbul edib və 2:0 hesablı qələbə qazanıb.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

"Yanq Boyz” (İsveçrə) - "Srvena Zvezda” (Serbiya) - 2:2

Qollar:Rocer Assale, 7, Qiyom Oaro, 76 (pen.) - Miloş Deqenek, 18, Mateo Qarsiya, 46

"Dinamo” (Zaqreb, Xorvatiya) - "Rusenborq” (Norveç) - 2:0

Qollar:Bruno Petkoviç, 9 (pen.), Mislav Orşiç, 28

"Olimpiakos” (Yunanıstan) - "Krasnodar” (Rusiya) - 4:0

Qollar: Migel Anxel Gerrero, 30, Lazar Randyeloviç, 78, 85, Daniel Podense, 89

Xəbər lenti