Xəzər Xəbər

UEFA-nın 70 nəfərdən ibarət nümayəndə heyəti Bakıya gəlib

İdman | 15:33 • 19 Avqust 2019
UEFA-nın 70 nəfərdən ibarət nümayəndə heyəti Bakıya gəlib

2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının oyunlarına hazırlıq işləri ilə tanışlıq məqsədilə avqustun 19-da UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.


Xezerxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA-nın 70 nümayəndəsindən ibarət heyət müxtəlif sahələrdə hazırlıq işlərinin gedişi ilə tanış olacaqlar. UEFA nümayəndələrinin səfəri avqustun 22-dək davam edəcək. Həmin gün, eyni zamanda, "Avro 2020”nin UEFA sponsorlarının da nümayəndələri Bakıya gələcək və Bakı Olimpiya Stadionu, şəhərimizdəki otellər, fan-zonanın təşkili üçün planlaşdırılan ərazilərlə tanış olacaqlar.


Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, "Avro 2020”nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. İyunun 13-də, 17-də və 21-də "A” qrupunun oyunları, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Xəbər lenti