Xəzər Xəbər

“Qarabağ” APOEL-ə uduzub

İdman | 09:01 • 14 Avqust 2019
“Qarabağ” APOEL-ə uduzub

Avqustun 13-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ”-APOEL oyunu keçirilib.


Xezerxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş qonaqların 2:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Bu məğlubiyyətə baxmayaraq, "Qarabağ” avrokuboklarda mübarizəsini davam etdirir. Belə ki, UEFA-nın reqlametinə əsasən "Qarabağ” UEFA Avropa Liqasının play-off mərhələsində yolunu davam etdirəcək. Qurban Qurbanovun yetirmələri UEFA Avropa Liqasının pley-offunda "Linfild” (Şimali İrlandiya) – "Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandaların ilk duelində "Linfild” səfərdə qələbə qazanıb – 2:1.

Xəbər lenti