Xəzər Xəbər

İngiltərə Premyer Liqası: “Mançester Siti” ilk oyunda böyük hesablı qələbə qazanıb

İdman | 18:06 • 10 Avqust 2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” ilk oyunda böyük hesablı qələbə qazanıb

Avqustun 10-da futbol üzrə İngiltərə Premyer Liqasının sonuncu çempionu "Mançester Siti” komandası cari mövsümdə ilk oyunda səfərdə "Uest Hem” ilə üz-üzə gəlib.


Xezerxeber.az xəbər verir ki, görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb - 0:5. "Şəhərlilər”in hücumçusu Rahim Sterlinq yeni mövsümə het-triklə başlayıb. Qabriel Jesusun 25-ci dəqiqədə hesabı açdığı görüşdə Rahim Sterlinq 51-ci, 75-ci və 90-cı dəqiqələrdə rəqib qapısına yol tapıb. Digər qolu isə meydana yeni daxil olan Serxio Aqüero 86-cı dəqiqədə 11 metrlik cərimə zərbəsindən vurub.


Xatırladaq ki, "Mançester Siti”nin əsas rəqiblərindən olan "Liverpul” Premyer Liqanın açılış görüşündə doğma meydanda "Norviç” klubuna 4:1 hesabı ilə qalib gəlib.

Xəbər lenti