Xəzər Xəbər

Kriştianu Ronaldo: “2003-cü ildə mənimlə 50 komanda maraqlanırdı”

İdman | 15:15 • 9 Avqust 2019
Kriştianu Ronaldo: “2003-cü ildə mənimlə 50 komanda maraqlanırdı”

"Mançester Yunayted”lə yoxlama oyunumuz "Sportinq”in yeni stadionunda ilk matç idi. Mən çox motivasiyalı və xoşbəxt idim”.


APA-nın məlumatına görə, bunu Portuqaliya millisinin və İtaliyanın "Yuventus” klubun futbolçusu Kriştianu Ronaldo deyib.


34 yaşlı portuqaliyalı hücumçu 2003-cü ildə keçirilən "Sportinq” – "Mançester Yunayted” oyununu xatırlayıb. O bildirib ki, karyerasında ən yaddaqalanı olub: "Bilirdim ki, yaxşı oynasam, tək Mançester təmsilçisinin deyil, digər komandaların da diqqət mərkəzində olacağam. Amma düzünü deyim ki, qol vurmağım o qədər də vacib deyildi. Əgər həmin matçda fərqlənsəydim, ola bilərdi ki, mənimlə 100 klub maraqlansın. Amma qol vurmadığımdan mənimlə 50-yə komanda maraqlandı. Düşünürəm ki, ən vacibi yaxşı oynayıb, komandaya kömək etməkdir. Həmin qarşılaşmada klubum qalib gəldi. Qol vurmadan da mənə maraq artdı”.


Qeyd edək ki, K. Ronaldo 2003-2009-cu illərdə "Mançester Yunayted”də oynayıb.

Xəbər lenti