Xəzər Xəbər

“Fənərbağça” klubu növbəti transferini reallaşdırıb

İdman | 15:16 • 8 Avqust 2019
“Fənərbağça” klubu növbəti transferini reallaşdırıb

İstanbulun "Fənərbağça” klubu növbəti transferini reallaşdırıb.


Xezerxeber.az xəbər verir ki, klub rəhbərliyi Danimarka millisinin müdafiəçisi Matias Yorgenseni heyətinə cəlb edib. Qambiya əsilli 29 yaşlı futbolçunun sonuncu klubu İngiltərə Premyer Liqasında çıxış edən "Haddersfild” olub. "Fənərbağça”nın futbolçunun transferi üçün 2 milyon avro ödədiyi bildirilir.


2017-ci ildən "Haddersfild” klubunun şərəfini qoruyan Matias Yorgensen bu komandanın heyətində 61 oyunda 3 qol vurub. O, daha əvvəl Danimarkanın "Kopenhagen” və Hollandiyanın "PSV Eyndhoven” klublarında forma geyinib.

Xəbər lenti