Xəzər Xəbər

Türkiyə və Rusiya klubları mübarizəyə başlayırlar

İdman | 16:57 • 7 Avqust 2019
Türkiyə və Rusiya klubları mübarizəyə başlayırlar

Bu gün avrokuboklarda III təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.


Çempionlar Liqasında 5, Avropa Liqasında isə 1 görüş baş tutacaq.


Türkiyəni təmsilçisi "Başakşəhər" də ÇL-in təsnifat mərhələsində ilk oyununa çıxacaq. İstanbul təmsilçisi Yunanıstanın "Olimpiakos" kollektivini qəbul edəcək.


Ötən mövsüm Rusiya Premyer Liqasını 3-cü pillədə başa vuran "Krasnodar" da ilk matçını evdə keçirəcək. Komanda Portuqaliyanın "Portu" klubunun müqavimətini qırmağa çalışacaq.


Avropa Liqasındakı yeganə oyunda isə Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a uduzan (1:1, 3:0) İrlandiya "Dundalk"ı Slovakiyada "Slovan"ın qonağı olacaq.


Çempionlar Liqası

III təsnifat mərhələsi

İlk oyunlar


7 avqust

21.00 Krasnodar (Rusiya) - Portu (Portuqaliya)

21.45 Başakşəhər (Türkiyə) - Olimpiakos (Yunanıstan)

22.00 Bazel (İsveçrə) - LASK (Avstriya)

22.00 ÇFR (Rumıniya) - Seltik (Şotlandiya)

22.15 Maribor (Sloveniya) - Rusenborq (Norveç)


Avropa Liqası

III təsnifat mərhələsi

İlk oyun


7 avqust

22.15 Slovan (Slovakiya) - Dundalk (İrlandiya)


Fanat.Az

Xəbər lenti