Xəzər Xəbər

"Qarabağ" - APOEL oyununun biletləri satışda! QİYMƏTLƏR

İdman | 16:38 • 7 Avqust 2019
"Qarabağ" - APOEL oyununun biletləri satışda!

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində qarşılaşacaq "Qarabağ" - APOEL matçının biletləri satışa çıxarılıb.

XəzərXəbər xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunun biletlərinin qiyməti sektorlar üzrə 2, 5, 10 və 50 AZN təşkil edir.

Oyun avqustun 13-ü, saat 20:30-da başlayacaq.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall ("iticket” satış məntəqəsi)

Park Bulvar AVM ("iticket”satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Xəbər lenti