Xəzər Xəbər

"Qarabağ" "Boka Xuniors"un qapıçısını transfer edir?

İdman | 14:25 • 7 Avqust 2019
"Qarabağ" "Boka Xuniors"un qapıçısını transfer edir?

"Qarabağ"ın maraqlandığı daha bir qapıçı müəyyənləşib.

"TYC Sports" xəbər verir ki, Ağdam klubu"Boka Xuniors" klubunun qapıçısı Marko Diasla maraqlanır. Argentina klubunda heyətə düşə bilməyən 33 yaşlı qolkiper Çempionlar Liqasında yoluna davam edən kluba keçməkdə maraqlıdır. "Qarabağ"ın gün ərzində argentinalı qolkiper üçün təklif göndərəcəyi vurğulanıb.

Dias bu ilin əvvəlində "Urakan"dan "Boka Xuniors"a keçib. Təcrübəli qolkiperin müqaviləsi 2020-ci ilin yayında bitir.

Xəbər lenti