Xəzər Xəbər

"Yuventus" Dibalanı "Tottenhem"ə satmağa razı oldu

İdman | 12:54 • 7 Avqust 2019
"Yuventus" Dibalanı "Tottenhem"ə satmağa razı oldu

İngiltərənin "Tottenhem" klubu Paulo Dibalanın transferi üçün "Yuventus"a 70 milyon avro təklif edib.

 

XəzərXəbər "Sky Italia"ya istinadən xəbər verir ki, Turin təmsilçisi londonluların təklifini qəbul edib. Məlumata görə, transferdə son sözü futbolçu deyəcək. 25 yaşlı futbolçu da razı olsa, keçid rəsmiləşəcək.

 

Dibala daha öncə "Mançester Yunayted"ə keçməkdən imtina etmişdi.

 

"Yuventus" Argentina millisinin üzvünü 2015-ci ildə "Palermo"dan 40 milyon avroya transfer etmişdi.

Xəbər lenti