Xəzər Xəbər

`Barselona`nı yandıracaq elektron poçt

İdman | 17:39 • 6 Avqust 2019
`Barselona`nı yandıracaq elektron poçt

"Atletiko Madrid" və "Barselona" arasındakı ulduz futbolçu Antoine Qriezmana görə transfer böhranı davam edir.

"Atletiko Madrid" "Barselona"nın 2019-cu ilin mart ayında Antuan Qriezman ilə görüşdüyünü iddia edərək "Barselona"dan FİFA-ya şikayət edib.

Müzakirələrin davam etdiyi bir vaxtda "El Mundo" qəzeti yeni bir iddia ortaya atıb. Xəbərə görə, Qriezmanın vəkili Evan Karian "Barselona"nın mart ayında etdiyi təklifi elektron poçtla oyunçunun bacısı və atasına göndərib. "Atletiko Madrid"in icraçı direktoru Migel Anhel Gil Marinin də elektron poçtun bir nüsxəsinə sahib olduğunu, bu sənədin əhəmiyyətli bir dəlil olaraq saxlandığı bildirilir.

"Barselona" fransız ulduzun 12 iyulda 120 milyon avro sərbəst qalma məbləğini ödədiyini açıqlamış və transferi elan etmişdi. Ancaq "Atletiko Madrid" transferin 1 iyuldan əvvəl reallaşdığını irəli sürür.

Madrid komandası "Atletiko Madrid" ilə bağladığı müqaviləyə görə Qriezmannın 1 iyul 2019-cu il tarixinə qədər sərbəst buraxılacağı təqdirdə ödənilməli olan 200 milyon avronun qalan 80 milyon avrosunu da "Barselona" tərəfindən ödənilməsini tələb edir.

Xəbər lenti