Xəzər Xəbər

"Beşiktaş"ın futbolçusu bir aylıq sıradan çıxdı

İdman | 15:43 • 6 Avqust 2019
"Beşiktaş"ın futbolçusu bir aylıq sıradan çıxdı

Türkiyənin "Beşiktaş" klubu ciddi itkiylə üzləşib.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, komandanın qapıçı Loris Karius sıradan çıxıb. Almaniyalı qapıçı baldırından zədələnib. Bu səbəbdən 26 yaşlı qapıçı bir ay oynamayacaq.

"Beşiktaş" Kariusu ötən yay "Liverpul"dan iki illik icarəyə götürmüşdü.

Türkiyə Super Liqasına avqustun 18-i start veriləcək. "Beşiktaş" ilk turda "Sivasspor"un qonağı olacaq.

Xəbər lenti