Xəzər Xəbər

Milan Badel sabiq klubuna qayıtdı

İdman | 13:37 • 6 Avqust 2019
Milan Badel sabiq klubuna qayıtdı

"Latsio" xorvatiyalı yarımmüdafiıçisi Milan Badeli "Fiorentina"ya icarəyə verib.

30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Florensiyalılar bu keçid üçün 700 min avrosundan keçib. "Fiorentina"4,3 milyon avro ödəyib, futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.

"Ötən il klubu ancaq idman səbəblərindən tərk etdim. İndi hər şey dəyişib. Digər təklifləri düşünmədim. Geri qayıtmasaydım, "Latsio"da qalacaqdım. Mənə olan inamı ödəmək istəyirəm. "Latsio"da parlaya bilmədim. Orada zamanımın kiçik uğursuzluq yaşadığını düşünürəm. Ancaq mənimlə yaxşı davrandıqları üçün onlara təşəkkür etməliyəm. Kapitanlıq bazubəndini taxacağımı gözləmirəm. Bunu haqq edən oğlana vermək lazımdır".

Milan ötən mövsüm "Latsio" ilə İtaliya kubokuun qazansa da, cəmi 16 oyun forma geyinib.

Badel ötən yay azad agent statusu ilə "Latsio"ya üz tutmuşdu. Zaqreb "Dinamo"sunun yetirməsi daha əvvəl "Fiorentina"da 140 oyun keçirmişdi.

"Fiorentina" daha öncə Kevin-Prins Boatenqlə Pol Lirolanı transfer edib.

Xəbər lenti

Çox oxunanlar