Xəzər Xəbər

"İnter" Raca Nainqqolanı icarəyə verdi

İdman | 11:48 • 6 Avqust 2019
"İnter" Raca Nainqqolanı icarəyə verdi

"İnter"in yarımmüdafiəçisi Raca Nainqqolanı icarəyə verib.

Belçikalı futbolçu karyerasını sabiq klubu "Kalyari"də davam etdirəcək. Klub saytının məlumatına görə, 31 yaşlı oyunçu ilə bir illik icarə müqaviləsi imzalanıb.

Nainqqolanın illik maaşı 4,5 milyon avro olacaq. "Kalyari" bu keçid üçün təzminat ödməyəcək. Oyunçunun məvacibinin bir qismini "İnter" qarşılamalı olacaq.

Ulduz futbolçunun ailəsi Saridiniya bölgəsində yaşayır. Onun "Kalyari"yə dönməsinin əsas səbəbi həyat yoldaşı Klaudia Nainqqolanın xərçəng xəstəliyi ilə mübarizə aparmasıdır.

"İnter" Nainqqolanı ötən yay "Roma"dan 38 milyon avroya transfer etmişdi. Belçika millisinin üzvü "göy-qaralar"da 36 oyuna 7 qol vurub, 3 assist edib. Təcrübəli oyunçu 2010-2014-cü illərdə "Kalyari"də çıxış edib.

Xəbər lenti