Türkiyənin "Beşiktaş" klubu yeni transferini həyata keçirib.
XəzərXəbər "beIN Sports"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi İspaniya La Liqa təmsilçisi "Vilyarreal"ın müdafiəçisi Viktor Ruisi transfer edib. 30 yaşlı futbolçu ilə 3 illik razılıq əldə edilib. İspaniyalı futbolçu tibbi müayinədən keçmək üçün Türkiyəyə gələcək.
"Barselona"nın yetirməsi peşəkar karyerasına "Espanyol"da başlayıb. Ruis 2015-ci ildən "sarı sualtı qayıq"da çıxış edirdi.