Xəzər Xəbər

"Mançester Yunayted" dünyanın ən bahalı müdafiəçi transferini açıqladı

İdman | 11:36 • 6 Avqust 2019
"Mançester Yunayted" dünyanın ən bahalı müdafiəçi transferini açıqladı

"Mançester Yunayted" rekord məbləğə müdafiəçi transferi reallaşdırıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Lester Siti"nin stopperi Harri Maquayrı transfer edib. Bu keçid üçün "tülkülər"ə 87 milyon avro təzminat ödənilib. İngiltərə millisinin üzvü ilə 6 illik müqavilə imzalanıb.

Maquayr futbol tarixinin ən bahalı müdafiəçisi olub. Daha öncə "Liverpul" hollandiyalı Vircil van Daykın transferi üçün "Sauthempton"a 85 milyon avro təzminat ödəmişdi.

"Lester Siti" 26 yaşlı futbolçunu 2017-ci ildə "Hall Siti"dən 13,7 milyon avroya transfer etmişdi.

Xəbər lenti