Xəzər Xəbər

"Qarabağ"ın hücumları həddindən artıq sürətlidir - Paolo Trametsani

İdman | 10:55 • 6 Avqust 2019
"Qarabağ"ın hücumları həddindən artıq sürətlidir - Paolo Trametsani

Musa Al-Tamari oynamayacaqsa, 3-4-3 sxemi ilə çıxış edəcəyik. Onun durumunu son dəqiqəyə qədər gözləyəcəyik.

XəzərXəbər xəbər verir ki, bu sözləri APOEL klubunun baş məşqçisi Paolo Trametsani Kiprdə "Qarabağ” klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, məşqlərdə digər sistemlərdən də istifadə edirlər. Bu oyunda əlimizdən gələni edəcəyik.

İtaliyalı məşqçi "Qarabağ”ın topla çox oynayan bir kollektiv olduğunu sözlərinə əlavə edib: "Onlar oyuna nəzarət etmək istəyirlər. Hücumları həddindən artıq sürətlidir. Düzgün hazırlaşmalıyıq. Daha öncə yaxşı nəticələr əldə edə bildiyimizi göstərdik. Oyunçuların eyni ruhla oynayacağına inanıram”.

Trametsani üç müdafiəçi ilə meydana çıxmaq barədə də fikirlərini bölüşüb: "Bizim necə oynayacağımız önəmli deyil. Mən buraya gəldikdən sonra bu sistemlə mübarizə apardıq və "Apollon”u məğlub edə bildik. Biz daha çox qol vurduq və daha az buraxdıq. Sabah çətin bir işimiz var. Əsas sistem deyil. 10 müdafiəçi ilə oynaya və qol vura bilərik. Bəlkə də, bu, ən yaxşı sistem deyil. Ancaq bizə inam verir və özümüzü rahat hiss edəcəyik”.

Xəbər lenti