Xəzər Xəbər

"Spartak" 18 milyonluq transferə hazırlaşır

İdman | 16:50 • 5 Avqust 2019
"Spartak" 18 milyonluq transferə hazırlaşır

Rusiyanın "Spartak" klubu yeni transferə hazırlaşır.

 

XəzərXəbər "Fox Sports"a istinadən xəbər verir ki, Moskva təmsilçisi Hollandiyanın "Alkmaar" klubunun yarımmüdafiəçisi Qus Tili transfer edəcək.

 

Klubun direktoru Maks Huberts "Spartak"ın bu keçid üçün 18 milyon avro ödəməyi qəbul etdiyini deyib:

 

"Əslində Qusu itirmək istəmirik. Onu komandada saxlamaq istədik. Əgər çox iş görə biləcəyimiz daha çox məbləğdə təklif gələrsə, düşünərik. Belə bir təklif var. "Spartak"ın 18 milyon avroluq təklifinə razı olmalıyıq".

 

21 yaşlı yarımmüdafiəçi Hollandiya yığmasının üzvüdür. "Alkmaar"ın yetirməsi 2016-cı ildən əsas komandanın üzvüdür.

Xəbər lenti