Xəzər Xəbər

Frank Riberinin yeni klubu açıqlandı

İdman | 12:30 • 5 Avqust 2019
Frank Riberinin yeni klubu açıqlandı

"Bavariya"dan ayrılan Frank Riberinin yeni klubu müəyyənləşib.


Almaniyanın "Kicker" nəşri xəbər verir ki, fransalı futbolçu karyersını Səudiyyə Ərəbistanında davam etdirəcək. Belə ki, Riberi "Əl Nəssr"lə anlaşıb. 36 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayacaq.


Qeyd edək ki, 2007-2019-cu illərdə "Bavariya"da çıxış edən Riberi əvvəllər Fransanın "Bulon", "Ales", "Brest", "Mets", "Marsel" və Türkiyənin "Qalatasaray" klublarında oynayıb.


Fanat.Az

Xəbər lenti