Xəzər Xəbər

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılır

İdman | 11:53 • 5 Avqust 2019
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılır

Bu gün Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün püşkü atılacaq.

Tədbir AFFA-nın inzibati binasında,saat 15:00-da start götürəcək.

Püşkatmada "Qarabağ”, "Neftçi”, "Sabah”, "Qəbələ”, "Səbabil”, "Zirə”, "Keşlə” və "Sumqayıt” klubları iştirak edəcək.

28-ci ölkə çempionatının ilk turunun təqvimi bilinəcək. Mövsümün tam təqvimi isə bir neçə gündən sonra açıqlanacaq.

Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 16-da start veriləcək.

Xəbər lenti