"Liverpul"un qapıçısı Simon Minyole karyerasını Belçikada davam etdirəcək.
31 yaşlı əlcək sahibi "Brügge"yə transfer olub. Klub saytının məlumatına görə, belçikalı qolkiperlə 5 illik müqavilə imzalanıb. Təcrübəli qapıçının transferi üçün "qırmızlar"a 7+2 milyon avrotəzimnat ödənilib.
"Liverpul" Minyoleni 2013-cü ildə "Sanderlend"dən 10,6 milyon avro qarşılığında transfer etmişdi. O, mersesaydlılarda 204 oyun keçirib və ötən mövsüm Çempionlar Liqasının qalibi olub. Minyole 21 dəfə Belçika yığmasının çərçivəsini qoruyub.