Xəzər Xəbər

"Barselona" yeni transferini rəsmən açıqladı

İdman | 10:53 • 5 Avqust 2019
"Barselona" yeni transferini rəsmən açıqladı

"Barselona" növbəti transferini açıqlayıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, kataloniyalılar "Real Betis"in sol cinah müdafiəçisi Junior Firponu transfer edib. İspaniyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

"Barselona" bu keçid üçün əndəlüsiyalılara 17 miyon avroluq ilkin təzminat ödəyib. Daha 8 milyon avro isə bonus şəklində ödənəcək. Ümumilikdə bu keçid kataloniyalılara 25 milyon avroya başa gəlib.

Dominikan əsilli ispaniyalı futbolçu 2014-cü ildən "Real Betis"də çıxış edirdi.

Xəbər lenti