Xəzər Xəbər

"Fənərbaxça"dan 3,5 milyon avroluq transfer

İdman | 16:06 • 3 Avqust 2019
"Fənərbaxça"dan 3,5 milyon avroluq transfer

"Fənərbaxça" növbəti transferini reallaşdırıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Kayserispor"un yarımmüdafiəçisi Deniz Türüçün transferində razılıq əldə edib. 26 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra transfer rəsmiləşəcək.

"TRT Spor"un məlumatına görə, "sarı-lacıvərdlilər" bu keçid üçün 3,5 milyon avrosundan keçib. Denizlə 3 illik müqavilə imzalanıb. Onun illik maaşı 1,6 milyon avro olacaq.

Türkiyə millisinin üvzü 2015-ci ildə "Qoy Ehed İqls" klubundan "Kayserispor"a keçmişdi.

Xəbər lenti