Xəzər Xəbər

"Neftçi" və "Qarabağ"ın potensial rəqibləri bəlli oldu

İdman | 12:52 • 3 Avqust 2019
"Neftçi" və "Qarabağ"ın potensial rəqibləri bəlli oldu

Avqustun 5-də UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

XəzərXəbər xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən "Neftçi"nin potensial rəqibləri bəlli olub. Vacib məqam isa odur ki, rəqiblərin sayı 24-dən 10-a endirilib.İsrailin "Bney Yehuda" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə paytaxt təmsilçisi bu klublardan biri ilə qarşılaşacaq.

"Royal Antverp" (Belçika) - "Viktoria" (Çexiya)

"Brondby" (Danimarka) - "Braqa"(Portuqaliya)

"Vaduz" (Lixtenşteyn) - "Ayntraxt" (Almaniya)

"Malmö" (İsveç) - "Zrinski" (Bosniya və Herseqovina)

"Partizan" (Serbiya) - "Malatyaspor" (Türkiyə).

Bu klubların arasında ən təhlükəlisi Frankfurt "Ayntraxt"ı hesab edilir.

Qeyd edək ki, Avroliqanın püşkatma mərasimi Avqustun 5-də Bakı vaxtı ilə 15:30-da başlayacaq.

Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" isə Avroliqanın pley-off mərhələsinə düşsə, bu klublardan biri ilə qarşılaşa bilər:

Sutheska (Monteneqro) - Linfield (Şimali İrlandiya)

"Ludoqorets"(Bolqarıstan) - TNS (Uels)

"Sarayevo" (Bosniya və Herseqovina) - BATE (Belarus)

"Astana" (Qazaxıstan) - "Valletta"(Malta)

"Slovan" (Slovakiya) - "Dundalk" (İrlandiya).

"Qarabağ"ın Çempionlar Liqasının pley-offundakı potensial rəqibləri isə bu klublardır:

PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)

"CFR Kluj" (Rumıniya) - "Seltik" (Şotlandiya)

"Qırmızı Ulduz" (Serbiya) - "Kopenhagen" (Danimarka)

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferencvaros" (Macarıstan).

Qeyd edək ki, Çempionlar Liqasının püşkü Avqustun 5-də Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Xəbər lenti