Xəzər Xəbər

"Zenit" "Barselona"nın hücumçusunu transfer etdi

İdman | 17:04 • 2 Avqust 2019
"Zenit" "Barselona"nın hücumçusunu transfer etdi

"Barselona"nın hücumçusu Malkom karyerasını Rusiyada davam etdirəcək.

Braziliya yığmasının üzvü "Zenit"lə anlaşıb. Klublar arasında danışıqların artıq bitdiyi bildirilir. Tərəflər 40 milyon avro və əlavə 5 milyon avro bonusda ortaq məxrəcə gəlib.

22 yaşlı vinger bu həftə Rusiyaya gedərək, tibbi müayinədən keçəcək və "Zenit"lə 5 illik sözləşməyə qol çəkəcək.

Futbolçunun illik məvacibi 6,5 milyon avro təşkil edəcək. Malkom "Barselona"ya ötən il 41 milyon avro qarşılığında "Bordo"dan keçib.

Xəbər lenti