Xəzər Xəbər

"Tottenhem"dən daha bir rekord transfer

İdman | 17:53 • 1 Avqust 2019
"Tottenhem"dən daha bir rekord transfer

"Tottenhem" növbəti transferini reallaşdırıb.

"La Gazetta dello Sport" xəbər verir ki, London klubu "Real Betis"in yarımmüdafiəçisi Covani Lo Çelsonu transfer edib.

Argentina millisinin futbolçusu üçün 60 milyon avroluq təzminat ödənilib. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Lo Çelsonun illik maaşı 4 milyon avro olacaq.

"Real Betis" Lo Çelsonu PSJ-dən 22 milyon avroya transfer etmişdi.

Yarımmüdafiənin mərkəzində oynayan argentinalı futbolçu ötən mövsüm La Liqada 32 oyuna 9 qol vurub, 5 assist edib.

Lo Çelso "Tottenhem"in ən bahalı transferlərindən biri olub. Şimali London klubu bu yay "Lion"dan Tanqi Ndombelenin transferi üçün də 60 milyon avrosundan keçmişdi. Hər iki futbolçu "Tottenhem" tarixiniin ən bahalı transferləridir.

Premyer Liqa təmsilçisi 2017-ci ildəDeyvsion Sançes üçün "Ayaks"a 40 milyon avro ödəyərək, transfer rekordunu qırmışdı.

Xəbər lenti