Xəzər Xəbər

Qurbanov "Qarabağ"ın qələbəsini şərh etdi

İdman | 11:43 • 1 Avqust 2019
Qurbanov "Qarabağ"ın qələbəsini şərh etdi

"Bütün azarkeşlərimizi təbrik edirəm. Həqiqətən də möhtəşəm idilər. Həddindən artıq çox isti var idi. Zədəlilərə gəlincə, Ozobiçdən başqa digərlərinin durumu elə də ciddi deyil. Bu, yorğunluqdan irəli gəlir. Buna baxmayaraq, bütün güclərini meydanda qoydular".

XəzərXəbər xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Dundalk"a 3:0 hesabı ilə qalib gəldikləri cavab oyununu şərh edərkən deyib.

"Futbolçuları təbrik edirəm. İntizamlı oyun gördük. Bütün həftəni ciddi hazırlaşdıq. Tapşırıqları yerinə yetirdikləri üçün oyunçulara təşəkkür düşür. Matç gərgin keçdi. Rəqib xarakterli komanda idi. Futbolçularımız intizamlı oyunla rəqibin qarşısını aldı", - baş məşqçi bildirib.

O qeyd edib ki, futbol 2-3 nəfərdən ibarət deyil:

"Kollektiv şəklində intizamlı oynadıq. Biri səhv edəndə, digəri sığortalayırdı. Hər biri əziyyət çəkdi. Əziyyətlərini itirə bilmərik".

Təcrübəli məşqçi deyib ki, 90 dəqiqə eyni tempdə oynamaq mümkün deyil: "Məğlub olan kollektiv sürəti artırır. Bəzi səhvlər etdik. Oyun boyu dayanmadan hücum etmək mümkün deyil".

Qurbanov növbəti mərhələdə qarşılaşacaqları APEOL-lə haqda da danışıb: "Çox diqqətli olmalıyıq. Komandanın gücünü bilirik. Burada hamı öz ölkəsinin çempionudur. Hər oyuna hazır olmalıyıq".

Xəbər lenti