Xəzər Xəbər

"Roma" Cekonu "İnter"ə buraxmır

İdman | 17:04 • 31 İyul 2019
"Roma" Cekonu "İnter"ə buraxmır

Edin Cekonu transfer etmək istəyən "İnter" "Roma"dan rədd cavabı alıb.

"Sportitalia" xəbər verir ki, "Roma" Milan klubunun 15 milyon avroluq təklifini qəbul etməyib. "Canavarlar" bu keçid üçün 20 milyon avro tələb edir.

"Mançester Yunayted"in hücumçusu Romelu Lukakunu da transfer etmək istəyən"İnter" PSJ-nin forvardı Edinson Kavaniylə də maraqlanmağa başlayıb.

"Roma" Cekonu 2016-cı ildə "Mançester Siti"dən 11 milyon avroya transfer edib. 33 yaşlı futbolçu179 oyuna 87 qol vurub, 38 assist edib.

Xəbər lenti