Xəzər Xəbər

Mourinyo gələcəyi haqqında danışdı: hansı klubda işləyəcək?

İdman | 12:53 • 31 İyul 2019
Mourinyo gələcəyi haqqında danışdı: hansı klubda işləyəcək?
Son olaraq "Mançester Yunayted"də çalışan Joze Mourinyo gələcəyi ilə bağlı danışıb.


Portuqaliyalı mütəxəssis hələ enerjili olduğunu və çalışmaq istədiyini bildirib.


"Düşünmək üçün bir az zamanım oldu, yenidən dəyərləndirdim, analiz etdim və nə nə hiss etdiyimi düşündüm. Hələ gəncliyimdəki enerjiyə sahib olduğumu hiss edirəm. Dostlarım "Gözəl zaman keçir, əylən" deyir. Amma mən əylənmirəm. Çünki əylənəcək qədər xoşbəxt deyiləm. Futbol üçün darıxıram. Ən çətin şey təkliflərə yox deməkdi. Çalışmaq istəyirəm. Amma səbrli olmalı və doğru variantı gözləməliyəm" deyə Mourinyo bildirib.


Alman dilini öyrənməsi ilə bağlı danışan portuqaliyalı mütəxəssis Bundesliqadan təklif almadığını bildirib: "Bundesliqa üçün xüsusi hazırlıq görmürəm. Heç bir klub məni gözləmir, kimsə qapımı döyməyib. 5 böyük liqada çalışmaq istəyirəm, amma bütün diqqətim ən böyüklərdədi".


Fanat.Az

Xəbər lenti