Xəzər Xəbər

"Qarabağ"ın ÇL-də potensial rəqibi müəyyənləşdi

İdman | 10:23 • 31 İyul 2019
"Qarabağ"ın ÇL-də potensial rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

"Qarabağ" İrlandiyanın "Dundalk” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə APOEL (Kipr) – "Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaqdı. İlk oyunda 1:0 qalib gələn kiprlilər ev matçında da 3:0 hesabı ilə rəqibini məğlub edib.

Beləliklə, APOEL ÇL-in üçüncü təsnifat mərhələsində "Qarabağ" - "Dundalk" cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ” və "Dundalk” arasında cavab görüşü sabah "Dalğa Arena”da keçiriləcək. İrlandiyadakı oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Xəbər lenti