Xəzər Xəbər

"Real" Xameslə bağlı qərarını dəyişdi

İdman | 15:53 • 30 İyul 2019
"Real" Xameslə bağlı qərarını dəyişdi

İspaniyanın "Real" klubu yarımmüdafiəçisi Xames Rodriqeslə bağlı qərar verib.

AS nəşri xəbər verir ki, Madrid klubu "Atletiko" və "Napoli"nin transfer hədəfində olan futbolçunu satmamağ qərar verib.

Marko Asensionun ciddi zədə almasından sonra "kral klubu" kolumbiyalı futbolçunu komandada saxlayıb.

"Real" 27 yaşlı futbolçunu 2014-cü ildə "Monako"dan 75 milyon avroya transfer edib. Kolumbiya millisinin üzvü son iki mövsümü "Bayern"də keçirib.

Xəbər lenti