Xəzər Xəbər

"Mançester Yunayted"in ulduzu "Yuventus"da

İdman | 13:38 • 30 İyul 2019
"Mançester Yunayted"in ulduzu "Yuventus"da

"Yuventus" "Mançester Yunayted"in futbolçusu Romelu Lukakunu heyətinə qatır.


"La Gazzetta Dello Sport" xəbər verir ki, Turin klubu artıq 26 yaşlı hücumçu ilə razılıq əldə edib. "Yuventus" hazırda belçikalı forvadı Paulo Dibala ilə dəyişdirilməsi ehtimalını da nəzərdən keçirir.


Qeyd edək ki, Romelu Lukakunu "İnter" də istəyir. Milan təmsilçisinin onun üçün 75 milyon funt-sterlinq (83,6 milyon avro) ödəməyə hazır olduğu bildirilib.


Fanat.Az

Xəbər lenti