Xəzər Xəbər

Ronaldo İspaniyada mükafatlandırıldı Pereslə qucaqlaşdı

İdman | 12:13 • 30 İyul 2019
Ronaldo İspaniyada mükafatlandırıldı

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İspaniyada mükafatlandırılıb.

XəzərXəbər xəbər verir ki, portuqaliyalı hücumçu "Marca" qəzetinin təsis etdiyi "Əfsanə" mükafatına layiq görülüb. Bu mükafat idmançının karyerası zamanı ümumi nəaliyyətlərinə görə verilir.

Mükafatlandırma mərasimində 34 yaşlı oyunçunun agenti Jorje Mendeş və sabiq klubu "Real"ın prezidenti Florentino Peres də iştrak edib. Tədbirdə klub rəhbərinin Ronaldo ilə qucaqlaşması da diqqətdən yayınmayıb.

Mərasim zamanı Ronaldo deyib: "Bu mükafatı muzeyimə fəxrlə qoyacağam. Madrid mənim üçün xüsusi şəhərdir. Mən çoxlu səyahət edirəm, amma bu cür şəhər dünyada azdır. Mükafatı əsasən, "Real"dakı çıxışım sayəsində qazandım. Bu, ispan mükafatıdır. Buna layiq görülmək mənim üçün şərəfdir. Bunu əldə etmək üçün mənə kömək edən hər kəsə təşəkkür edirəm Tezliklə Madridə qayacağıma ümid edirəm".

Qeyd edək ki, "Marca" bu mükafatı 1997-ci ildən verir. Daha əvvəl onu Lionel Messi , Dieqo Maradona, Maykl Felps, Mixael Şumaxer, Maykl Cordan, Pau Qazol və başqaları qazanıb.

/Qol.az/

Xəbər lenti