Xəzər Xəbər

"Monako" "Real"ın hücumçusunu transfer edir

İdman | 15:51 • 29 İyul 2019
"Monako" "Real"ın hücumçusunu transfer edir

Radamel Falkao ilə yolları ayıracağı gözlənilən "Monako" hücumçu axtarışındadır.

"El Chiringuito" xəbər verir ki, "knyazlıq klubu" Madrid "Real"ında daha çox ehtiyatda qalan Mariano Diasla anlaşıb. 25 yaşlı forvardı razı salan Fransa klubu "Real"la danışıqlar aparır. Luka Yoviç və Kərim Benzema kimi hücumçusu olan Madrid klubu Marianonu buraxmağa hazırdır. Tərəflər anlaşsa, transfer tezliklə rəsmiləşəcək.

Dominikan Respublikasının vətəndaşı olan Mariano ötən mövsüm 22 oyuna 4 qol vurub.

Xəbər lenti