Xəzər Xəbər

Xedira "Arsenal"la müqavilə imzalamaq üçün Londonda

İdman | 12:16 • 29 İyul 2019
Xedira "Arsenal"la müqavilə imzalamaq üçün Londonda

"Yuventus"un yarımmüdafiəçisi Sami Xedira "Arsenal"a transfer olmağa yaxındır.

 

"The Sun" xəbər verir ki, Almaniya millisinin üzvü "topçular"ın "Emreyts" stadionunda "Lion"la keçirdiyi yoxlama görüşünü tribunadan izləyib.

 

Adrien Rabyö və Aaron Remzinin transferlərindən sonra "Yuventus"dan ayrılmağa qərar verən futbolçunun London klubu ilə anlaşmağa yaxın olduğu bildirilir.

 

"Ştutqart" akademiyasının yetirməsi 2010-cu ildə Madrid "Real"ına, 2015-ci ildə isə "Yuventus"a transfer olmuşdu. 32 yaşlı yarımmüdafiəçi ötən mövsüm Turin klubunda 17 oyuna 2 qol vurub.

Xəbər lenti