Xəzər Xəbər

"Liverpul" Premyer Liqanın rekordçusunu aldı

İdman | 16:02 • 28 İyul 2019
"Liverpul" Premyer Liqanın rekordçusunu aldı
"Liverpul" "Fulhem"in futbolçusu Harvi Elliottu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 16 yaşlı hücumçunun keçidinin detalları açıqlamayıb.

Qeyd edək ki, Elliott Premye Liqa tarixində ən gənc oyunçu sayılır. O, ötən mövsümün 37-ci turda "Fulhem"in "Vulvehempton"a 0:1 hesabı ilə uduzduğu qarşılaşmanın 88-ci dəqiqəsində meydana çıxarkən 16 yaş 30 günlüyündə olub.

Xəbər lenti