Xəzər Xəbər

"Real"dan daha bir transfer - RƏSMİ

İdman | 12:37 • 27 İyul 2019
"Real"dan daha bir transfer - RƏSMİ

"Real” növbəti transferini reallaşdırıb.


Madrid klubu "Saraqosa”dan Alberto Soronu transfer edib. "Saraqosa”nın rəsmi saytı məlumat yayıb.


20 yaşlı hücumameylli yarımmüdafiəçi "Real"la 5 illik müqaviləyə imza atıb. Amma razılığa əsasən, o, növbəti mövsümü icarə cəsasında "Saraqoso"da keçirəcək.

İspaniya mətbuatının yaydığı məlumata görə, bu transfer "Real”a 2.5 milyon avroya başa gəlib.


Fanat.Az

Xəbər lenti