Xəzər Xəbər

"Barselona"dan Messiyə müddətsiz müqavilə təklifi

İdman | 12:32 • 27 İyul 2019
"Barselona"dan Messiyə

"Barselona” Lionel Messiyə yeni müqavilə təklif edib.


"El Mundo Deportivo” xəbər verir ki, Kataloniya klubu 32 yaşlı argentinalı forvarda 2021-ci ilin yayında başa çatacaq müqaviləsini karyerasının sonunadək uzatmağı təklif edir.


Qeyd edək ki, Messi 2004-cü il oktyabrın 16-da "Barselona”da debüt edib. O, 10 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 5 dəfə "Qızıl top”a və 6 dəfə isə "Qızıl buts”a layiq görülüb.


Fanat.Az

Xəbər lenti