Xəzər Xəbər

Futbolda inqilabi dəyişiklik: Bundan sonra belə oynayacaqlar

İdman | 11:22 • 27 İyul 2019
Futbolda inqilabi dəyişiklik:

UEFA, FIFA və ayrı-ayrı ölkə klublarının nümayəndələrinin keçirdiyi iclasda futbolun oyun qaydalarında ciddi dəyişiklik və yeniliklər edilib.

Beynəlxalq Futbol Assosiasiyasının (IFAB) iyun ayında verdiyi təkliflər qüvvəyə minib.

Əvvəlki qaydaya görə, qapıçı topu atdıqdan sonra futbolçular topa cərimə meydançasından kənarda toxuna bilirdi. Yeni qaydaya görə, futbolçu cərimə meydançası daxilində də qapıçının ötürdüyü topu qəbul edə biləcək.

Bir futbolçu əllə qol atsa, istər bilərəkdən, istərsə də təsadüfən, qol hesaba alınmayacaq.

Əl-qol hərəkətlərində də dəyişiklik edilib. Çiyindən yuxarı və açıq qola dəyən top əllə oyun sayılacaq.

Penalti vuruşlarında qapıçıların xətt üzərində hərəkətinə icazə verilirdi, artıq bu qayda ləğv olunub. Habelə qapıçı penalti vuruşundan əvvəl rəqibin diqqətini yayındıracaq hərəkətlər edə bilməyəcək. Əks halda, penalti vuruşu yenidən təkrarlanacaq.

Mübahisəli məqamda hakimin topu iki rəqib futbolçunun ortasına atması qaydası ləğv olunub. Topa son toxunan komanda hansıdırsa, hakim topu o komandaya verəcək. Bu vaxt isə futbolçular hakimdən dörd metr məsafədə dayanacaq. Beləliklə, topu alan komandanın oyuna qaldığı yerdən başlamaq imkanı olacaq.

Oyunçu dəyişikliyində futbolçular dördüncü hakimin olduğu yerdən meydançanı tərk etmək məcburiyyətində qalmayacaq. Həmin vaxt ona yaxın olan sahədən çıxa biləcək.

Bundan sonra futbolçular kimi komandaların texniki işçilərinə də kart veriləcək. Hakim başqa məşqçi və digər məşqçilərə sarı, yaxud qırmızı kart verə biləcək.

Bu günədək cərimə zərbələrində müdafiə xəttində qurulan canlı səddə rəqibin bir oyunçusu dayana bilirdi, artıq bu, mümkün olmayacaq. Hücumdakı komandanın oyunçuları səddə ən azı bir metr məsafədə dayana biləcək.

Topun hakimə dəyməsi keçmiş qaydaya görə, normal qəbul edilirdi, bu halda oyun dayandırılmadan davam edirdi. Yeni qaydaya görə isə, topun hakimə dəyməsi və buna oxşar digər vəziyyətlərdə oyun topun hakimin atması ilə davam edəcək./teleqraf

Xəbər lenti