Xəzər Xəbər

Hacı Hacıyev: “Neftçi”ni daha təcrübəli döyüşçü hesab etmirəm”

İdman | 12:29 • 26 İyul 2019
Hacı Hacıyev: “Neftçi”ni daha təcrübəli döyüşçü hesab etmirəm”

"Birincisi, əgər biz iki çempionatı – Rusiya və Azərbaycanı müqayisə ediriksə, klassik ifadə işlətməliyik: Hər komanda rəqib imkan verdiyi kimi oynayır”.


APA-nın məlumatına görə, bunu tanınmış rusiyalı məşqçi Hacı Hacıyev deyib.


Təcrübəli mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Arsenal” (Rusiya) – "Neftçi” qarşılaşması (0:1) barədə fikirlərini açıqlayıb: "Neftçi”nin baş məşqçisi italiyalıdır. O, oyunu müdafiədən qurmağı yaxşı bilir. İkincisi, məlumat var idi ki, Bakı komandası rusiyalılarla qarşılaşmalara kifayət qədər səylə hazırlaşır. Mənə məlumdur ki, azərbaycanlıların məşqçilər korpusu tulalıların matçlarını izləyir. Əlbəttə, o faktı da hesaba almalıyıq ki, Rusiya təmsilçisi ilə görüşə yaxşı hazırlıqlı idi. "Neftçi” "Arsenal”la görüşü elə qurdu ki, rəqibə öz güclü tərəflərini göstərməyə imkan vermədi. "Neftçi”ni daha təcrübəli döyüşçü hesab etmirəm. Onlar sadəcə avrokuboklarda daha çox iştirak ediblər. Məsələ ondadır ki, Rusiya çempionatı Azərbaycan çempionatından xeyli güclüdür. Tula komandasının bir qrup hücumameylli oyunçusundan məhrum olması ayrı məsələdir və özünü göstərir. Amma mənim fikrim belədir ki, "Neftçi” konkret matça daha hazır idi”.

Xəbər lenti