Xəzər Xəbər

“Qarabağ” - “Dundalk” oyununun biletləri artıq satışdadır

İdman | 17:12 • 25 İyul 2019
“Qarabağ” - “Dundalk” oyununun biletləri artıq satışdadır

"Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsində İrlandiyanın "Dandolk” klubu ilə Bakıda keçirəcəyi cavab oyunu üçün biletlər satışa çıxarılıb.


Xezerxeber.az klubun saytına istinadla xəbər verir ki, ən ucuz bilet 2 manatdan təklif olunur. Satışda 5, 10 və VIP sektor üçün 50 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik Mall”, "28 Mall” və "Park Bulvar” ticarət mərkəzlərindəki "Iticket” satış məntəqələrindən, 2 və 3 saylı "ASAN xidmət” mərkəzlərindən və "iticket.az” saytından əldə etmək olar.


Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena”da keçiriləcək "Qarabağ” – "Dundalk” matçı saat 21:00-da start götürəcək. İrlandiyadakı ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Xəbər lenti