Xəzər Xəbər

Sen-Pyer Həbib Nurmaqomedovu dünyada ən yaxşı MMA döyüşçüsü adlandırıb

İdman | 15:25 • 25 İyul 2019
Sen-Pyer Həbib Nurmaqomedovu dünyada ən yaxşı MMA döyüşçüsü adlandırıb

Kanadalı Jorj Sen-Pyer yüngül çəki dərəcəsində mütləq döyüş çempionatının (UFC) kəmərinin sahibi rusiyalı Həbib Nurmaqomedovu dünyada ən yaxşı MMA döyüşçüsü adlandırıb.


Xezerxeber.az xəbər verir ki, 38 yaşlı kanadalı bu fikri "MMA Fighting” nəşrinə müsahibəsində söyləyib. Sen-Pyer bu ilin fevral ayında öz karyerasını bitirdiyini elan edib. Nurmaqopmedov ən yaxın döyüşü sentyabrın 7-də Əbu-Dabidə amerikalı Dastin Poryeyə qarşı keçirəcək.


Sen-Pyer deyib: "Əgər mən karyeramda ən mühüm döyüş keçirmək və irs qoymaq istəsəm, indi mənim qalib gəlməli olduğum insan məhz Həbibdir. Mənim nəzərimdə o, hazırda dünyada ən yaxşı döyüşçüdür. Həbib bir dəfə də məğlub olmayıb və öz zəif cəhətlərini göstərməyib. Heç kəs ona qalib gələ bilməyib, buna görə də onunla döyüş mənim üçün çox maraqlıdır”.


Sen-Pyer bildirib ki, rusiyalı idmançı döyüşün bəzi aspektlərində üstün olsa da, məsafəyə nəzarət və sonrakı sıçrayışlar üçün ayaqların arasına keçmək fəndlərində kanadalı daha üstündür. Sen-Pyer deyib: "Həbib oktaqonun toruna yaxın olduqda, nə isə açıq məkanda daha yaxşı nəticə göstərir”.


Nurmaqomedov Sen-Pyerə bu il noyabr ayında döyüş keçirməyi təklif edib. Rusiyalı döyüşçü kanadalı həmkarına təklif edib ki, qarşıdakı döyüşdə çəki dərəcəsini, həmçinin döyüşün keçiriləcəyi yer kimi Moskva, Monreal, Nyu-York və Əbu-Dabi şəhərlərindən birini özü seçsin.


38 yaşlı Sen-Pyer qarışıq təknövçülükdə 28 döyüş keçirib. Bu döyüşlərin 26-da qalib gəlib (o cümlədən 14-də vaxtından əvvəl) və 2 döyüşdə məğlub olub. O, yarımorta çəki dərəcəsində iki dəfə təşkilatın kəmərini qazanıb. Keçən il noyabrın 4-də kanadalı döyüşçü orta çəki dərəcəsində ilk dəfə çıxış edib və ilk döyüşdə britaniyalı Maykl Bispinqə qarşı boğucu fənd işlədərək UFC çempionu titulunu qazanıb. Lakin iki aydan sonra Sen-Pyer çempion titulunu qorumaq üçün zəruri döyüşü səhhəti ilə bağlı problemlər üzündən keçirə bilməyib ya həmin titulu əldən verib, 2019-cu ilin fevralında isə karyerasını başa çatdırdığını elan edib.

Xəbər lenti