Xəzər Xəbər

Azərbaycan yığması Braziliyaya yollanıb

İdman | 10:16 • 24 İyul 2019
Azərbaycan yığması Braziliyaya yollanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Braziliyaya yollanıb.

Xezerxeber.az-ın məlumatına görə, Covanni Kapraranın rəhbərlik etdiyi milli Cənubi Amerikada 2020-ci ildə təşkil olunacaq Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində iştirak edəcək.

Avqustun 1-3-də təşkil olunacaq yarışda voleybolçularımız Braziliya, Dominikan Respublikası və Kamerunla birgə D qrupunda yer alıb. Komandamızın səfərə tez yollanması isə adaptasiya olunması ilə bağlıdır. Həmçinin yığmamız matçların baş tutacağı Uberlandiya şəhərində yerli klublarla yoxlama oyunu da planlaşdırır.

Qeyd edək ki, yığma səfərə İstanbuldan yollanıb. Komandamız Braziliyaya gedənədək Bolqarıstan, Rusiya və Türkiyədə təlim-məşq toplanışında olub. Bu müddətdə 5 yoxlama oyununa çıxan təmsilçimiz cəmi 1 qələbə qazanıb.

Xəbər lenti