Xəzər Xəbər

Lionel Messi diskvalifikasiya olunub

İdman | 10:08 • 24 İyul 2019
Lionel Messi diskvalifikasiya olunub

Argentina milli komandasının və İspaniyanın "Barselona” klubunun futbolçusu Lionel Messi bir oyunluq cəzalandırılıb.

Xezerxeber.az-ın məlumatına görə, 32 yaşlı hücumçu Amerika kuboku zamanı Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) ünvana səsləndirdiyi ittihamlar üçün diskvalifikasiya edilib.

O, DÇ-2022-nin seçmə mərhələsinin ilk oyununu buraxacaq. Bundan başqa, futbolçu 1500 dollar cərimə edilib. L. Messi KONMEBOL-dan üzr istədiyi üçün cəzası yüngül olub.

Qeyd edək ki, turnirin yarımfinal oyununda Braziliyaya 0:2 hesabı ilə uduzduqdan sonra L. Messi matçın hakimini VAR-dan istifadə etmədiyi üçün tənqid etmişdi. O, həmçinin KONMEBOL-u korrupsiyada günahlandıraraq, mükafatlandırma mərasiminə də qatılmamışdı.

Xəbər lenti