Xəzər Xəbər

Futbol üzrə Əlcəzair millisi Afrika Millətlər Kubokunun qalibi olub

İdman | 09:03 • 20 İyul 2019
Futbol üzrə Əlcəzair millisi Afrika Millətlər Kubokunun qalibi olub

İyulun 19-da Misirdə təşkil olunan futbol üzrə Afrika Millətlər Liqasının final oyunu keçirilib.


Xezerxeber.az xəbər verir ki, həlledici görüşdə Əlcəzair və Seneqal milli komandaları qarşılaşıblar. Görüş Əlcəzair yığmasının minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.


Matçda yeganə qolu 2-ci dəqiqədə Əlcəzair millisinin hücumçusu Bunecah vurub.


Qeyd edək ki, bu, Afrika Millətlər Kubokunda Əlcəzairin ikinci çempionluğudur.

Xəbər lenti